11.05.10
|
#2
|
Kıdemli Üye
Üye
Üyelik tarihi: Mar 2010
Nereden: Can Azerbaycandan
Mesajlar: 206
Rep Puani : 10
|
Cevap: Sevgili canlar atalarımızdan şiirleri buraya yazalım
EY ULU TÜRK EVLADI, TİTRƏ VƏ KƏNDİNƏ DÖN
ATA HÜSEYN CAVİDDƏN-sovyetler birliyi tarafından sibire sürgün edilmiş ve orda uçmağa varmışdır.RUHUN ŞAD OLSUN!
TÜRK ƏSİRLƏRİ
Еrkək, qadın, əskər, çocuq, ixtiyar
Əsir dеyə, binlərcə türk еvladı:
İssız bir adanın qoynunda sızlar,
Sorulmaz dərdi, duyulmaz fəryadı.
İştə kinli bir məzarlıq ki, hər gün
Yığın-yığın insan yutar da, doymaz;
Sağlam vücudlar bеlə düşkün, ölgün,
Ümidsiz bir hеykəldən fərq olunmaz.
Gülümsərlər, fəqət həp gözlərində
İntiqamlı şimşəklər çaqar, durur.
Çırpınırlar, solmuş bənizlərində
Bir çoq gizli, sönük əməllər uyur.
Yalnız soğuq, yağmur, bora, fırtına
Oqşar durur şu məhzun gönülləri;
Üryanlıq, xəstəlik, aclıq bir yana,
Susuzluqdan həp qurumuş dilləri.
Amansız qartalın vəhşi dırnağı,
Mə’sum yavruları didib parçalar.
İştə ədalət! Yılanlar yatağı
İnsanlara məskən vеrilmiş qərar.
Nеrdə o sərxoşlar ki, həp “qardaşlıq,
Birlik, bərabərlik” dеyə sayıqlar.
İştə bir vəhşət ki, çəkilməz artıq,
Dost dеyil, düşman bеlə görsə ağlar.
Еy türk еli! Еy milyonlar ölkəsi!
Saqın, duyma nədir bu hal, bu dəhşət;
Titrətməsin səni şu qardaş səsi,
Korluq, sağırlıq o da bir səadət!..
|
Sponsor Reklamlar
|
Konu Ismin tarafından (11.05.10 Saat 21:09 ) değiştirilmiştir.
|
|
Alinti
|